ABŞ-nin İran çıxılmazı: “Nə vura bilir, nə də çıxa..."

media-hightechnic-468x90

“Hazırda ABŞ sanki İran divarına dirənmiş vəziyyətdədir”

media-banner_tuq

Bunu Türkiyənin “Ülke TV” telekanalının icraçı direktoru, siyasi şərhçi Həsən Öztürk Yenicag.az-a açıqlamasında deyib.

O, ABŞ-nin İran siyasətindəki uğursuzluğu barədə fikirlərini bölüşüb.

Siyasi şərhçi bildirib ki, ABŞ İsrailin Baş naziri Benyamin Netanyahunun tələsik və israrlı mövqeyi səbəbindən daxil olduğu müharibədə artıq çıxış yolu axtarır.

“Çünki ABŞ Prezidenti Donald Tramp ‘hər yeri vurduq, vurulacaq yer qalmadı’ dediyi vaxt, əslində, geri çəkilməyi planlaşdırırdı. Lakin İsrail və Netanyahu onu yenidən İranla qarşıdurmaya sürükləməyi bacardı.

Mövcud çıxılmaz vəziyyətdə isə ABŞ-nin təkbaşına Hörmüz boğazından keçməsi real görünmür. Bu səbəbdən Vaşinqton həm NATO-nu, həm Körfəz ölkələrini, həm də Çini prosesə cəlb etməyə çalışıb. Lakin müşahidə olunduğu kimi, nə NATO üzvləri, nə Avropa Birliyi, nə də region ölkələri bu məsələyə müsbət yanaşır.

Bu mənzərə ABŞ-nin İran siyasətində uzunmüddətli və aydın strategiyanın olmadığını göstərir. Eyni zamanda, Vaşinqtonun hansı nöqtədə ‘qələbə’ elan edəcəyi ilə bağlı qeyri-müəyyənlik də diqqət çəkir. Əslində, Əli Xamenei və yüksək rütbəli hərbi rəhbərlərin zərərsizləşdirilməsi ilə ABŞ ‘məqsədimə çatdım’ deyərək geri çəkilə bilərdi. Lakin qeyd olunduğu kimi, İsrailin təsiri və ABŞ daxilindəki siyasi balanslar bu addımı çətinləşdirib.

Hazırkı mərhələdə ABŞ üçün alternativ çıxış yolu tapmaq zərurəti yaranıb. Belə bir yolun tapılıb-tapılmayacağı isə sual altındadır. Hörmüz boğazı və ətrafında daha genişmiqyaslı əməliyyat keçirərək ‘məqsədimə çatdım’ deyib geri çəkilmək ehtimalı nəzəri olaraq mövcuddur, lakin bu ssenari də reallıq baxımından çətin görünür. Ümumilikdə, hazırda ABŞ sanki İran divarına dirənmiş vəziyyətdədir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05