ABŞ Nümayəndələr Palatasının sədri: "Uçuruma gedirik"

media-hightechnic-468x90

ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson, ölkəsinin milli borc limiti ilə bağlı narahatlığını dilə gətirib.

Yenicag.az xəbər verir ki, o, borc limiti məsələsində uçuruma doğru sürətlə irəlilədiklərini qeyd edib.

“Vaxt çox önəmlidir. Dünyada nələrin baş verdiyini bilirik. Milli borc limiti uçurumunun bizə olduqca sürətlə yaxınlaşdığını bilirik”, – deyə Conson vurğulayıb.

Conson bazarlarda müşahidə olunan qeyri-sabitliyin Konqres tərəfindən də izlənildiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə görə, ölkənin milli borcu 36.2 trilyon dollar təşkil edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600