ABŞ prezidenti: “Miqrantlar keyfiyyət meyarları əsasında seçilməlidir”

media-hightechnic-468x90

ABŞ ixtisaslaşmamış şəxsləri qəbul etmək əvəzinə miqrantların keyfiyyət meyarları əsasında seçilməsi prosedurunu tətbiq etməlidir.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı bildirib.

“Bu sistem tətbiq edilərsə, biz xeyli üstünlüklər əldə edəcəyik”, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, bu xeyli vəsaitin qənaət edilməsinə, məvaciblərin artırılmasına, o cümlədən miqrantların orta sinfin nümayəndəsi olmasına yardım edəcək”, – deyə Tramp qeyd edib.

Tramp real və müsbət immiqrasiya islahatının həyata keçirilməsinin mümkünlüyünə ümid etdiyini bildirib: “Bu islahatın icrası təhlükəsizliyin möhkəmləndirilməsinə və Amerika qanunlarına hörmətin bərpasına kömək edəcək”.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa