"ABŞ Qarabağa ərzaq çatdırılmasını təmin etmək üçün..." - Dövlət Departamenti

media-hightechnic-468x90

Son bir neçə həftə ərzində ABŞ Qarabağa humanitar yardımın çatdırılmasını təmin etmək üçün Azərbaycan və Ermənistanla fasiləsiz işləyir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Qarabağda əhali üçün zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərin müzakirəsini bərpa etmək üçün Azərbaycan və Qarabağdakı erməni azlıq nümayəndələri arasında təcili görüş keçirilməlidir.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli insanların ehtiyaclarını ödəmək üçün ərzaq məhsullarının çatdırılmasını təşkil edib. İlkin mərhələdə Ağdam-Xankəndi marşrutu ilə 40 ton unun çatdırılması nəzərdə tutulur.

Ermənistan və onun yaratdığı cinayətkar separatçı rejim yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolunun açılmasına mane olur./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05