“ABŞ Rusiya ilə əməkdaşlığı davam etdirəcək”

media-hightechnic-468x90

4948e93ce3ebb55f9b70f13eef577c69ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək.

Yenicag.az apa-ya istinadən bildirir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

ATƏT-in Minsk qrupunun bütün tərəflər üçün uyğun yeganə variant olduğunu deyən diplomat qeyd edib ki, Rusiya-ABŞ münasibətlərindəki gərginliyə baxmayaraq, həmsədr ölkələrin Minsk qrupu çərçivəsində əməkdaşlığı davam edəcək.
“Rusiyalı həmkarımızla görüşürük və münaqişənin nizamlanması üçün fəal iş aparırıq. Ümid edirik ki, fransalı həmkarımızın iştirakı ilə birgə fəaliyyətimizi davam etdirəcəyik. Biz onillər boyu davam edən bu münaqişənin nizamlanmasına nail olmaq arzusundayıq”, – deyə Uorlik vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600