ABŞ Rusiyanın təklifini RƏDD ETDİ

media-hightechnic-468x90

obama_putinABŞ Rusiyanın Suriyada “Əl-Nusra” və müxalilərə qarşı ortaq hava hərəkatı təklifini rədd edib. Yenicag.az xəbər verir ki, Pentaqon sözcüsü Jeff Davis bu barədə açıqlama verib. Rusiyanın təklifini rədd etdiklərini bildirən Davis “Suriyadakı hər hansı əməliyyatda Rusiya ilə işbirliyi və ya koordinasiya içində deyilik.

Hərbi strategiya mövzusunda Rusiya ilə fərqli görüşlərdə olduqlarını bildirən Pentaqon rusların əməliyyatlarının məqsədinin Əsəd rejimini qorumaq, onların isə İŞİD-i zəiflətmək və məğlub etmək olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-la ortaq hərəkat təklifi Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən dilə gətirilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600