!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ senatorundan şok açıqlama: "YPG PKK-nın qoludur"

!Reklam – Yazi

“YPG PKK-nın siyasi qoludur və PKK ilə bağlılığı var”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyədə jurnalistlərə açıqlamasında ABŞ senatoru Lindsi Qrehem deyib.

“YPG-nin PKK ilə əlaqəsi var. Bununla bağlı açıq və konkret dəlillər mövcuddur. Müttəfiqimiz Türkiyə üçün yaratdığımız problemi həll etməliyik”.

Türkiyə rəhbərliyi ilə keçirdiyi görüşlərin yekunlarına dair mətbuat konfransında danışan senator bildirib ki, rəsmi Vaşinqtonun ABŞ-la birlikdə İŞİD-ə qarşı mübarizə aparanlara da borcu var:

“Bizimlə İŞİD-ə qarşı savaşanlara da nəsə borcluyuq. İrəliləmək üçün şansımız var, xətalarımızı düzəltmək üçün fürsətimiz və zamanımız tükənir. Buna görə də Türkiyəyə gəlmişəm. Buradayam”.

“Prezidemt Donald Trampı Barak Obama kimi xəta etməməsi üçün xəbərdar etmişdim.

ABŞ Müdafiə Nazirliyinin Baş qərargah rəisi, general-mayor Cozef Danford YPG-nin Türkiyədən uzaqlaşdırılması istiqamətində fəaliyyət göstərir, bunu la bağlı bir planı var. Obama YPG-ni silahlandıraraq Türkiyə üçün kabus yaratdı”, – deyə o bildirib.

O, ABŞ-ın Suriyadan dərhal çıxacağı halda böyük savaşın başlayacağını bildirib.

Qeyd edək ki, Lindsi Qrehem Respublikaçılar Partiyasından senatordur. Hazırda Türkiyədə səfərdədir.

Bir neçə gün öncə ABŞ-ın Dəməşqdəki keçmiş səfiri Robert Ford da YPG-nin PKK-nın qolu olduğunu bildirmişdi.

www.yenicag.az

3507
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv