ABŞ Ukraynada atəşkəsə nəzarət etmək üçün plan hazırlayır

media-hightechnic-468x90

Parisdə Ukrayna böhranının həlli ilə bağlı görüşdə ABŞ Ukraynada hərtərəfli atəşkəs rejiminə əməl olunacağı təqdirdə ona riayət olunmasına nəzarət mexanizmi layihəsi hazırladığını açıqlayıb.

AHA xəbər verir ki, bu barədə Qərb rəsmilərinə istinadən “Wall Street Journal” məlumat yayıb.

ABŞ administrasiyasının planının təfərrüatları açıqlanmayıb. Nəşr qeyd edir ki, bu, hazır həll yolu deyil, konsepsiya layihəsidir.

Qeyd edək ki, aprelin 17-də Parisdə Fransa prezidenti Emmanuel Makron ABŞ dövlət katibi Marko Rubio və ABŞ liderinin xüsusi nümayəndəsi Steven Uitkoff ilə görüşüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600