!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və Çin arasındakı iqtisadi DAVA BÖYÜYÜR – “Qalib tərəf olmayacaq”

!Reklam – Yazi

“Tramp və komandası daha sərt anlaşma şərtləri ortaya qoyur ki, danışıqlar masasında daha uyğun anlaşma əldə etsin”.

Bu sözləri son vaxtlar ABŞ və Çin arasında səngiməyən ticarət və hərbi gənginlikləri Yenicag.az-a şərh edən Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli bildirib:

“Çin və ABŞ ticarət və iqtisadiyyatda bir-birindən o qədər asılı ölkələrdir ki, istənilən ticarət müharibələri hər ikisinə ziyan vuracaq. Bu mümkün qarşıdurmada qalib tərəf olmayacaq. Sadəcə bu ticari müharibənin olması ehtimalını irəli çəkərək, Tramp və onun komandası Çinlə özlərinə sərf edə biləcək anlaşma təməli hazırlayır. Bu anlaşma təməli hazır olandan sonra qarşılıqlı güzəştlərin də gündəmə gəlməsi mümkündür. Məsələn, Çin məhsullarına ABŞ iddia edildiyi kimi 25%-lik rüsum tətbiq etsə, bu zaman nə olacaq? Amerikada satılan Çin mallarının qiyməti müvafiq qaydada artacaq. Doğrudur, bundan Çin də ziyan görəcək, istehsal azalacaq, iş yerləri itirəcək amma ABŞ vətəndaşları da dünənə qədər aldıqları eyni məhsulu 25% baha alacaq”.

Partiya sədri düşünür ki, bu hələ alovlanmamış münaqişədə qarşılıqlı güzəştlərin olması yeganə yoldur:

“Qısacası, burda qarşılıqlı güzəştlərin olması labüddür və mənə elə gəlir ki, Tramp yeni danışıqlar masası üçün ilkin şərtlərini daha sərt qoyur ki, bu danışıqlarda daha uyğun anlaşmalar ortalığa çıxa bilsin”.

Nurlan Cəfəri

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv