ABŞ viran qoyduğu Əfqanıstanda “iz”ləri silir: Səfirlik əməkdaşları məxfi sənədləri məhv edirlər

ABŞ-nin Əfqanıstandakı səfirliyinin əməkdaşlarına bütün məxfi sənədləri və üzərində dövlət atributları olan bütün əşyaları məhv etmək göstərişi verilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə məlumatı CNN kanalı yayımlayıb.

Məlumata əsasən, həmin əşyaların məhvinə onlardan ABŞ əleyhinə təbliğatda istifadə edilməsinə imkan verməmək məqsədi ilə göstəriş verilib.

CNN diplomatik korpusdakı mənbəyinin bildirdiyinə görə, ABŞ kəşfiyyatı Əfqanıstanın paytaxtı Kabulun ən geci 7 gün müddətində “Taliban” tərəfindən tam mühasirəyə alınacağı ehtimalına tam ciddi yanaşır. Amma bu, “Taliban”ın şəhəri mühasirəyə aldıqdan sonra Kabula daxil olacağı anlamında qəbul edilmir.

ABŞ Dövlət Departamenti isə Əfqanıstandakı səfirlikdə yerləşən məxfi sənəd və əşyaların məhvini “standart prosedur” kimi qiymətləndirib.

COP29