Florida ştatını vurması gözlənilən Milton qasırgası ilə bağlı məlumatlandırılan Co Bayden ABŞ vətəndaşlarını xəbərdar edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Ağ Evdə keçirilən və rəsmilərin qatıldığı brifinqdə Milton qasırgası ilə bağlı son vəziyyəti dəyərləndirib. Qasırgaya hazırlıq üzrə əllərindən gələni etdiklərini ifadə edən Bayden, Florida’ya yaxınlaşan qasırga ilə bağlı “Milton, yüzilin qasırgası kimi görünür” şərhini verib.
Xalqa diqqətli olmaları, müvafiq vəzifilərin xəbərdarlıqlarını ciddi şəkildə dinləmələri və sığınacaq tapmaları barədə xəbərdarlıq edən Bayden federal idarə olaraq Floridadakı müvafiq orqanlar və Federal Fövqəladə Hallar İdarəsi (FEMA) ilə sıx koordinasiyada çalışdıqlarını bildirib.
Eyni zamanda, Bayden qasırgada zərər çəkənlərə 750 dollar yardım ediləcəyi ilə bağlı bəzi iddialar irəli sürən sabiq ABŞ prezidenti Donald Trampın dediklərinə də reaksiya verib. Trampın açıqlamalarını “məsuliyyətsiz, düşüncəsiz və amansız dezinformasiya və yalanlar” olaraq xarakterizə edən Bayden Trampın belə bir dövrdə etdiyi açıqlamaların yolverilməz olduğunu deyib.
ABŞ Milli Hava Servisi (NWS) Meksika Körfəzindən güclənərək Florida ştatına doğru yaxınlaşan Milton qasırgasının son 100 ilin “ən güclüsü” ola biləcəyi barədə xəbərdarlıq edib.
İsmayıl Bakuvi
www.yenicag.az