Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Abşeron sakini arvadını və baldızı qızını öldürüb

Abşeron rayonu ərazisində qətl hadisəsi baş verib.

Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəraiz Zakir qızı Hüseynovanı və baldızı qızı, 1999-cu il təvəllüdlü Amuz Təbrizi Rəhilə Əsgər qızını öldürüb.

Q. Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Hadisəni törədən Q. Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Yeniçağ.az

www.yenicag.az

116