!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşeronda kütləvi dava qətllə nəticələndi

!Reklam – Yazi

Abşeronda su filtiri satan firma işçiləri ilə yerli sakinlər arasında kütləvi dava olub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Hökməli kəndi At yalı adlanan yaşayış massivində qeydə alınıb.

Gün boyu rayon ərazisində su filtiri satan gənclər At yalı yaşayış massivində tanımadıqları gənclərlə mübahisə ediblər. Buna səbəb isə həmin gənclərin firma işçilərinin yanlarında olan 3 xanıma söz atması olub.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Hadisə zamanı firma işçisi Bakı şəhər sakini Fəxri Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. Sonuncu çox saylı qan itkisindən dünyasını dəyişib. Qətli törədən şəxs isə saxlanılıb.

Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdikləri çevik əməliyyat axtarış tədbirləri nəticəsində, hadisə iştirakçıları olan digər şəxslər Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşıdrmalar davam etdirilir.

COP29

www.yenicag.az

1610
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv