Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb – Yenicag.Az

Reklam

Reklam

Abşeron rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində baş verib.

Abşeron Ceyranbatan Peşə Liseyinin yataqxanasında yaşayan 1977-ci il təvəllüdlü Əsədov Vüqar İbrahim oğlu ərazidəki marketin qarşısında yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Vüqar Əsədov sonradan oradan qaçıb. Tibb müəssisəsindən verilən məlumata görə, o, xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1211
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."