!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Açıq havada maskadan istifadə məcburiyyəti götürülməlidir” – Sosioloqdan ÇAĞIRIŞ

!Reklam – Yazi

“Açıq havada maskadan istifadə tələb olunursa, bu halda qapalı məkanlarda da qaydalara ciddi nəzarət olmalıdır”.

Bu sözləri son günlər sosial şəbəkələrdə açıq havada maskadan istifadə edilməməsi ilə bağlı genişlənən kampaniyanı dəyərləndirən “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Sosioloqun sözlərinə görə, açıq havada maskadan istifadə edilməsinin əsaslı səbəbi yoxdur:

“Açıq havada maskadan istifadə edilməsi ilə bağlı qərar qəbul olunan gündən öz etirazımı bildirmişəm. Lakin “El ilə gələn qara gün toy-bayramdır” misalı insanları qaydaya əməl etməyə məcbur edib.

Açıq havada maska taxmağa heç bir ehtiyac yoxdur. Açıq havada xəstəlik yayılmır. İctimai nəqliyyatda, qapalı məkanlarda, kafe və restoranlarda insanlar bir-birilə daha yaxın təmasda olursa, açıq havada maskadan istifadə edilməsi məntiqli görünmür.

Əgər 30 nəfərlik avtobusda 70 nəfər yol gedirsə, təbii ki, xəstəlik artır. Qapalı məkanlarda yoluxma faizini azaltmaq üçün tətbiq olunan qaydalara düzgün əməl edilməlidir. Ona görə də ictimai nəqliyyatda avtobusların sayı artırılmaq və digər qadağaları yenidən gözdən keçirmək lazımdır.

Açıq havada maska taxılması olduqca gərəksiz qaydadır. Bu qərar insanların oksigen almasına və hava ilə təmasına məhdudiyyət qoymaqdır. Bunun nəticəsi heç də ürəkaçan olmayacaq”.

Gülşən Şərif

COP29

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv