ABŞ-da striptiz-klubların birində pornoaktrisa Stormi Deniels (əsl adı – Stefani Klifford) saxlanılıb.
Yenicag.az bildirir ki, buna səbəb onun səhnədə çıxışı zamanı ziyarətçiyə özünə toxunmağa icazə verməsidir. Bu barədə vəkil Maykl Avenatti məlumat verib.
Ştat qanunvericiliyi ziyarətçinin striptizçinin çılpaq bədəninə toxunmağı qadağan edir. Əgər striptizçi buna özü icazə verərsə, o zaman məhz onu cəza gözləyir.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl “The Wall Street Journal” nəşri pornoaktrisa Kliffordla ABŞ prezidenti Trampın əlaqələrindən yazmışdı. Qəzetin məlumatına görə, Trampın vəkili Maykl Koen aktrisaya susması üçün hətta 130 min dolların ödədiyini də iddia etmişdi.
O zaman Ağ evdə bu informasiyanı təkzib etmişdilər. Daha sonra Koen Klifforda pul ödədiyini boynuna almış, lakin ödənişin hansı məqsədlə edildiyini açıqlamamışdı.
Pornoaktrisa özü isə əvvəlcə Trampla əlaqəsi haqqında xəbərləri təkzib etdi. Lakin sonra o da boynuna aldı ki, Trampla əlaqəsi olub və bu, 2006-2007-ci illərə təsadüf edir.
Zaur H.