!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adil Öksüz küncə sıxışdırılıb: Avropadan yağan “saxta siqnallar” nəyə xidmət edir?

!Reklam – Yazi

FETÖ terror şəbəkəsinin 15 iyul çevriliş cəhdinin əsas fiqurlarından biri olan Adil Öksüzün gizləndiyi yerin müəyyən edilməməsi üçün dünyanın hər tərəfindən saxta “siqnal”lar göndərdiyi üzə çıxıb.

15 iyul çevriliş cəhdindən artıq 9 ay keçsə də Adil Öksüzü yaxalamaq hələ də mümkün olmayıb. İyulun 16-da səhər saatlarında “Akıncı” hərbi bazasında həbs olunan Öksüz daha sonra Ankara Qərb Ədliyyəsində mühakimə olunduğu növbətçi məhkəmənin qərarı ilə sərbəst buraxılıb və o vaxtdan öz izini itirib. Onun məhkəmədən sonra təyyarə ilə İstanbula uçduğu, oradan isə SIR nömrə nişanlı avtomobillə Sakaryanın Akyazı rayonuna getdiyi müəyyən edilib və onun axtarışına da həmin ərazilərdən başlanmışdı. Lakin çevriliş cəhdinin “2 nömrəlisi” sayılan və 15 iyulun mülki qanadının lideri olan Öksüzün izinə düşmək heç cür mümkün olmayıb.

Haradadır?

Təhlükəsizlik orqanlarının məlumatına görə, Öksüz ölkədən qaça bilməyib. Ancaq bu müddət ərzində FETÖ-nun da Öksüzün yaxalanmasına mane olmaq üçün əlindən gələni etdiyi bildirilir.
Məlumata görə, bu məqsədlə dünyanın hər yerindən Öksüzlə bağlı qeyri-dəqiq siqnal-informasiyalar sızdırılır. FETÖ-çuların bu siqnalları yaymaqda məqsədləri təhlükəsizlik orqanlarını yayındırmaqdır.

4 milyon lirə mükafat

Öksüzün yaxalanmasına yardım edən məlumat üçün 4 milyon lirə məbləğində mükafat təsis edilməsindən narahat olan FETÖ-nun vətəndaşlardan göndərilə biləcək məlumatlarda dolaşıqlıq yaratmaq üçün “saxta siqnal” taktikasını genişləndirdiyi qeyd olunur.

Yeniçağ.Az

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv