!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adnan Oktar gözəl qızları belə aldadırdı - VİDEO

!Reklam – Yazi

Cinayətkar təşkilatda “qızgətirmə imamı” olan Bora Yıldızın aldada bilmədiyi qızlar üçün Adnan Oktara zəng edib fəndlər öyrəndiyi məlum olub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə cinayətkar qrupla bağlı aparılan istintaq nəticəsində ifadə verən şikayətçi danışıb:

“Bora Yıldız aldada bilmədiyi qızlarla bağlı Adnan Oktara zəng edərək, ondan məsləhətlər alırdı.  Adnan Oktar da bu qızın necə tovlanacağı ilə bağlı təlimatlar verirdi”.

Bora Yıldız bu işdə Dolunay Tezin ilə əlbir olub.

Dolunay Tezin AVM-lərdə qızlara yaxınlaşaraq gözəl olduqlarını deyir, onlara reklam çarxına çəkilməyi təklifi edirdi. Təkliflə razılaşan qızların mobil nömrəsini alaraq, reklam şirkətinin rəhbəri ilə tanış edəcəyini bildirirdi.

Tezin isə qızla yazışaraq, onunla dost olur və etibarını qazanırdı. Daha sonra qızı Bora Yıldızın ofisinə gətirir və Yıldızı reklam şirkətinin müdiri olaraq tanış edirdi. Burada qızla tanış olan Bora Yıldız  qısa müddətdə onunla sevgili olurdu.

Psixoloji və fiziki olaraq çökən qız artıq Adnan Oktara təqdim edilməyə hazır olurdu.

Adnan Oktar televiziyada gözəl aparıcı və spikerləri görəndə dərhal Boranı yanına çağırıb, “Bu qızı mənə gətir” deyirdi.

www.yenicag.az

4824
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv