!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ADNSU-nun rektoru vəzifəsi bu şəxsə həvalə olundu

!Reklam – Yazi

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub.

Yenicag.az xəbər verir ki, elm və təhsil nazirinin digər əmri ilə Vazeh Əskərova ADNSU-nun rektoru vəzifəsi həvalə edilib.

Qeyd edək ki, Vazeh Eldəniz oğlu Əskərov 15 oktyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dillər Universitetində bakalavr, 2004-2007-ci illərdə Fransanın Mark Blok Universitetində 2 magistr, 2007-2012 illərdə Strasburq Universitetində doktorluq təhsili alıb. 2012-ci ildə ona “Strasburq Universitetinin doktoru” elmi dərəcəsi verilib.

Fransada təhsil aldığı və yaşadığı müddətdə Vazeh Əskərov Azərbaycan diasporunun fəallarından biri kimi tanınıb. 2005-ci ildən Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF/FATA) sədri, həmin ildə Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü olub.
Əmək fəaliyyətinə 2001-2003-cü illərdə yerli və beynəlxalq şirkətlərdə çalışmaqla başlayan Vazeh Əskərov Fransada təhsil aldığı 2003-2013-cü illərdə akademik fəaliyyətlə məşğul olub. 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-2023-cü illərdə UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb.

Vazeh Əskərov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 10-da Mustafa Baba oğlu Babanlının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

COP29

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv