!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA-nın yeni “futbol strategiyası” – “Yaxşı heç nəyə ümid etmək olmaz”

!Reklam – Yazi

“Yeni meydanlar salınmasa, uşaq futbolunda azyaşlıların məşq etdiyi meydançaların səviyyəsi normal olmasa, gələcəkdə Azərbaycan futbolu adına yaxşı heç nəyə ümid etmək olmaz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan futbolunda ciddi infrastruktur çatışmazlığı barədə danışan idman jurnalisti Ceyhun Rzayev deyib.

Onun sözlərinə görə, bizdə həqiqətən də ciddi infrastruktur problemi var.

“İnfrastruktur deyəndə təbii ki, biz futbol oynamaq üçün stadionların olmamasını nəzərdə tuturuq. Tək aşağı yaş qruplarında deyil, elə böyük komandaların özündə belə stadion problemi yaşayırlar. Məsələn “Zirə” “Qarabağ”ın meydançasında – “Azərsun” Arenada, hər hansı bir komanda Buzovnada “Baku Sportinq”in meydanında, bəziləri isə Sumqayıta gedərək öz məşqini həyata keçirməyə çalışır. Düzdür, məsələn, “Zirə”nin matçlarını keçirdiyi meydança var, amma ehtiyat meydança da olmalıdır ki, sən orada öz məşqini reallaşdırasan və matçlara çıxdığın stadionu qoruyasan. Çünki əsas meydanda gündəlik məşq etmək doğru deyil”, – deyə o bildirib.

C. Rzayev həmçinin qeyd edib ki, uşaq futbolunda da ciddi problemlər mövcuddur:

“Onlar daha çox süni örtükdə məşq edir, böyük meydançanı iki-üç yerə bölürlər. “Qarabağ”ın “Sərhədçi” İdman Olimpiya Kompleksində və Tofiq Bəhramov adına Respublika Stadionunda süni örtüklü meydançası var ki, klub orada məşq edir. Aşağı liqada çıxış edən komandalar da çox zaman süni örtüklü meydançada məşq etməli olurlar. Birinci liqa klubları və əvəzedici liqasının bir neçə komandası da məşqlərini “Ask” arenada keçirlər. Oranın da meydançası sünidir və deyərdim ki, çox bərbad vəziyyətdədir”.

“Azərbaycanda çox ciddi meydança problemi var və düşünürəm ki, bunu aradan qaldırmaq lazımdır. AFFA deyir ki, hazırda yeni strategiya hazırlanır, layihə yazılır. Görək, bu strategiya yazılandan sonra böyük ehtimalla orada yeni meydançaların inşası nəzərdə tutulub. Yeni meydanlar salınmasa, uşaq futbolunda azyaşlıların məşq etdiyi meydançaların səviyyəsi yaxşı olmazsa, gələcəkdə Azərbaycan futbolu adına yaxşı heç nəyə ümid etmək olmaz”, – deyə o, fikirlərini tamamlayıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv