AFFA “Qarabağ”-ı cərimələdi
Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib. Yenicag.az apa-ya istinadən xəbər verir ki, iclasda Topaz Premyer Liqasının XXXIV turunda baş verənlər müzakirə olunub.
Komitə üzvləri turda qeydə alınan yeganə xoşagəlməz hadisə ilə bağlı qərar veriblər. “Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra çempion titulunu təmin edən meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib.
Fanatlarının çempionluq sevincini belə qeyd etməsi “Qarabağ”ın 1000 manat cərimə olunması ilə nəticələnib.