!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA “Zirə”ni cəzalandırdı

!Reklam – Yazi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XX turunun oyunlarında baş verənlər müzakirə edilib və müvafiq qərarlar çıxarılıb.

“Neftçi” “Sabah”la, “Zirə” “Səbail”lə ev oyununda 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub. “Qarabağ”la qarşılaşmada 5 oyunçusu xəbərdarlıq alan “Keşlə”nin də cəzası eyni olub.

“Zirə” klubunun futbolçusu Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün paytaxt klubu daha 800 manat ziyana düşüb.

Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə oyunun startı gecikdiyi üçün “Səbail” də eyni məbləği ödəyəcək.

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv