Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirtdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların son sayı açıqlanıb.
Yenicag.az xəbər verir ki, Türkiyə Baş Qərargahı 7 fevral tarixində PYD, YPG və İŞİD terrorçularının daha 29 üzvünün zərərsizləşdirildiyini açıqlayıb.
Bununla da 20 yanvar tarixindən etibarən Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ümumilikdə, 999 terrorçu öldürülüb.