“Yayılmış məlumatda nə restoranın adı var, nə səbəb göstərilib, nə də heç nə…”
Bu fikirləri Yenicag.az-a açıqlamasında deputat Kamran Nəbizadənin restoranda dava salmasına münasibət bildirən Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib.
Ağacan Abıyevin sözlərinə görə, mətbuatda deputat Kamran Nəbizadənin dava salmasına dair yayılan məlumatlarda konkretlik olmadığı üçün bu barədə dəqiq fikir bildirmək doğru deyil:
“Həmin məlumatlarda davanın hansı restoranda baş verdiyi, deputatın kiminlə dava etdiyi yazılmayıb. Yayılmış məlumatda nə restoranın adı var, nə səbəb göstərilib, nə də heç nə…
Polis bu davaya müdaxilə edibmi, ya yox, o da bilinmir. Yəni məlumat ümumi və birtərəflidir, heç nə anlaşılmır.
Ona görə də, həmin məsələnin detalları məlum olmadan, həqiqətən, davanın olub-olmadığı müəyyən edilmədən, nəsə söyləmək doğru deyil”.
A.Zeynalov
www.yenicag.az