!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağadadaş Ağayevdən hadisədən sonra İLK AÇIQLAMA - VİDEO / YENİLƏNDİ

!Reklam – Yazi

Xalq artisti Ağadadaş Ağayev törətdiyi insidentdən danışıb.

Yenicag.az xəbər verir ki, APA TV-yə açıqlama verən A.Ağayev bildirib ki, bu, böyüdüləcək bir hadisə deyil.

“Hər şey yolundadır, bəlkə axşam canlı yayım açdım. Orada açıqlama verəcəyəm”, – deyə Xalq artisti bildirib./APA/

***11:50

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

Yenicag.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müracətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.

Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.

***

Xəbər veridiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirməsi haqda informasiya yayılıb..

DİN-in mətbuat xidmətindən Yenicag.az-a məsələ ilə bağlı açıqlama verilib.

Açıqlamada deyilir:
“İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.”

***

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

COP29

www.yenicag.az

1070
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv