“Ağburun-dəniz” strukturunda quyunun qazılması başa çatıb

media-hightechnic-468x90

vfgt“Ağburun-dəniz” strukturundakı 1 nömrəli axtarış quyusu layihə horizontuna çatdırılıb.

Strukturun cənub-qərb qanadının tağa yaxın hissəsində kəsilişin stratiqrafiyasını, litologiyasını və neft-qazlılığını öyrənmək məqsədiilə qazılmış quyu dənizin 10 metr dərinliyində yerləşir.

Quyu 860 metr dərinliyədək qazılaraq layihə horizontu olan Qirməki Altı Lay Dəstəsini tam açıb, quyuya 168,3 mm-lik istismar kəməri endirilib. Hazırda 1 nömrəli axtarış quyusunda perforasiya və mənimsəmə-sınaq işlərinə hazırlıq görülür.

Qazma işləri “Xəzər-6” tipli Üzən Qazma Qurğusu vasitəsi ilə həyata keçirilib. “Ağburun-dəniz” strukturu Abşeron arxipelaqının Şimali Abşeron qalxımlar zonasında Qərbi Abşeron neft yatağından 6 km cənubda yerləşir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa