Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağcabədidə 10 velosipedçi cərimələndi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən reydin əsas məqsədi velosiped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarətin gücləndirilməsidir.

Gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb.

Eyni zamanda, ciddi qayda pozuntusuna yol verən velosipedçilər saxlanılıb.

Kobud şəkildə qaydaları pozan 10 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib edilib.

www.yenicag.az

273
reyting.az
www.onlinepress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100