Ağdamda canavar evə hücum edib

media-hightechnic-468x90

e8f0dbbde1cf24f9295181bf2de13f21Ağdamın Mirəşelli kəndində canavar yaşayış evinə hücum edib.Kənd sakinlərindən biri yolda qarşısına çıxan yırtıcını avtomobillə vurmaq istəyib. Amma vəhşi heyvan yaxınlıqdakı həyətlərdən birinə soxulub. Bu məqamda həyətə çıxan ev sahibi canavarın tövləyə girmək istədiyini görüb. Yırtıcının hücumuna məruz qalan Şükran Əliyev qonşularla birgə canavarı yaralayaraq tutub.

Xatırladaq ki, hər il payız-qış aylarında fərdi təsərrüfatlara, ev heyvanlarına çoxsaylı yırtıcı hücumları baş verir. Təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrində isə bu cür hallar tez-tez təkrarlanır. Ermənilərin nəzarəti altında olan ərazilərdə çoxalan vəhşi heyvanlar qidalanmaq üçün yaşayış olan kəndlərə hücum edir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600