Ağdamda maşın ekskavatorla toqquşdu - Xəsarət alanlar var

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdam rayonunun Baş Qərvənd kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili və “Volvo” markalı ekskavator toqquşub, 2 nəfər minik avtomobilində sıxılı vəziyyətdə qalıb.

Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa