“Ağıllı qəhvə maşını” icad edildi
Yenicag.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə uzaqdan idarə edilən ağıllı qəhvə maşını icad edildi. Hələ ki, kütləvi ixrac olunmayan bu cihazı ABŞ-lı bir şəxs düşünüb. Onun iddiasına görə, ağıllı kofe maşını suyun və qəhvənin miqdarına özü qərar verir.
“Bruvelo” adlı ağıllı qəhvə maşını həm də icazə verir ki, qəhvə reseptləri paylaşasınız. Edilən açıqlamaya görə, ağıllı cihazın istehsalına başlanılması üçün 150 min dollar vəsait lazımdır. İstehsalçılar bu miqdarı toplaya bilmək üçün cihazı ABŞ-da 300 dollara satışa çıxarıb. İstifadəçilərdən maraq görüb- görülməyəcəyi səbrizliklə gözlənilir.