Ağır itkidən sarsılan AKTYOR: “Xilası mümkün olmadı, onu itirdik...”

media-hightechnic-468x90

“Türkiyədə də müalicəsi aparıldı. Amma mümkün olmadı. Bu gün onu itirdik”.

Bunu Akademik Milli Dram teatrının aktyoru Ramin Şıxəliyev Yeniçag.az-a açıqlamasında Əməkdar artist Rəşad Bəxtiyarovun vəfatı ilə bağlı kədərini bölüşərkən deyib.

O, həmkarının və sənət dostunun uzun zamandır ki, xəstəliklə mübarizə apardığını bildirib:

“Dəhşətdir, çox ağır xəbərlə sarsıldıq. Xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Xərçəng ağciyərində idi. Əvvəl elə bilirdik qripdir. Çünki ciyərləri ağrıyırdı. Müalicə də olundu. Teatr da dəstək oldu. Dövlət dəstəyi də oldu, Prezident mükafatçısı idi. Türkiyədə də müalicəsi aparıldı. Amma mümkün olmadı. Bu gün onu itirdik”.

Qeyd edək ki, əməkdar artist Rəşad Bəxtiyarov uzun sürən xəstəlikdən sonra 47 yaşında öz evində vəfat edib.

Rəşad Bəxtiyarov 1978-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 2001-ci ildən Akademik Milli Dram Teatrında işə başlayıb. Bir sıra bədii filmlərdə və teleseriallarda rollar ifa edib.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa