!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağır itkidən sarsılan tanınmış rejissor: “Bağışla, dostum”

!Reklam – Yazi

“Arif yaxın dostum idi. Mən dostumu itirdim. Qəlbi hər zaman sənət eşqi ilə döyünürdü. Yaşamaq həvəsi çox güclüydü. Amma xəstəliyə güc gələ bilmədi… Bəlkə də, güc gələ bilərdi, layiq olduğu diqqəti görsəydi. Bağışla, dostum”.

Bunu tanınmış rejissor Hüseyn Mehdiyev dünən dünyasını dəyişən Əməkdar rəssam Arif Məhərrəmovun itkisindən danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Rejissor sənət dostu ilə son görüşünü xatırlayıb:

“Ayın 3-ü insult keçirtdi və ondan sonra vəziyyəti pisləşdi. Çox həyatsevər insan idi, ağlıma da gəlməzdi ki, yaxın dostumun birdən-birə səhhətində belə problem yaşana bilər. Çünki biz onu güclü insan kimi tanıyırdıq. Psixoloji faktor da rol oynayır. Yaradıcı insan həmişə özünə qayğı, diqqət tələb edir. Bu diqqəti görməyəndə sınır. Sonunucu dəfə Ramiz Rövşən, mən və digər dostlarımız onun ziyarətinə getdik. Xəstə olsa da, ruh düşkünlüyü yox idi. Sonradan səhhəti ağırlaşdı. Xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmadı”.

Cəvahir

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv