“Məni Allah saxladı, təki cana gələn mala gəlsin…”
Bunu gecə saatlarında Nizami rayonu Babək prospektində avtomobil qəzasına tuş gələn tanınmış aşıq Namiq Fərhadoğlu Yenicag.az-a açıqlamasında deyib.
Namiq qəzada avtomobilinə yüksək məbləğdə ziyan dəydiyini, özünün xəsarətsiz ötüşdüyünü bildirib:
“Azsamand” markalı nəqliyyat vasitəsini idarə edən şəxs yüksək sürətlə maşını əvvəlcə işıqforun qırmızı işığında dayanan “Renault” markalı avtomobilə çırpdı, o da mənim maşınıma dəydi. Şükür özüm sağ-salamatam, amma avtomobilimə azı 5-6 min manat dəyərində ziyan dəyib. Maşının arxa hissəsi tamamilə dağılıb. Heç bilmirəm nə vaxt düzəltdirəcəklər. Mənim də rayonda tədbirlərim, toy şənliklərim var, maşınsız necə etməliyəm? Gecə yarısı belə sürətlə avtomobili idarə etmək olar? Bəlkə qarşına elə adam çıxaydı, onda neyəyəcəkdi? Özü də o maşın kreditdədir. Nə olub, nə xəbərdir, belə yüksək sürətlə gedəndə düşünmürsən ki, günahsız insanların ölümünə səbəb ola bilərsən”.
Qeyd edək ki, Namiq “Toyota” markalı avtomobili ilə qəza keçirib.
Cəvahir
www.yenicag.az