Ağır yol qəzası - Ölən və yaralananlar var

media-hightechnic-468x90

Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sarıcalar yolu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Jeep” markalı avtomobil qarşıdan gedən “Qazel” markalı avtomobilə çırpılıb. Nəticədə rayonun Çolpı kənd sakini, 1986-cı il təvəllüdlü Bayramov Təbriz Əlzakir oğlu hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa