Ağstafada karantin qaydalarını pozan obyekt sahibləri cərimələndi - FOTOLAR

media-hightechnic-468x90

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunan karantin rejimi qaydalarının rayon ərazisində təmin edilməsinə ciddi nəzarət tədbirləri həyata keçirirlər.

media-banner_tkm

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb. Polis əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüb.

Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe, restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb. Həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. Onların hər biri 200 manat məbləğində cərimə olunub.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05