Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlandı

Ağsu rayonunda mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət müsadirə edilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Ağsu rayon Polis Şöbəsinin əməkdaşları bu gün Kərimov Ədalət Səlim oğlunun idarə etdiyi 10-JD-073 dövlət nömrə nişanlı, “UAZ” markalı yük avtomobilini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyində saxlayaraq ona baxış keçiriblər.

Polis əməkdaşları avtomobildə çəkisi bir ton olan, mənşəyi məlum olmayan heyvan əti aşkar ediblər. Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri heyvan ətinə baxış keçirərək onun qida üçün tam yararsız olduğunu bildiriblər. Ətin Kürdəmir rayonuna satış məqsədilə aparıldığı məlum olub. Antisanitar şəraitdə aparılan ət müsadirə edilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

1205
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100