Ağsuda taxıl sahəsində yanğın baş verdi

media-hightechnic-468x90

Ağsu rayonunda taxıl sahəsində yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Bico kəndi ərazisində baş verib. Kənd sakini Şahid Salmanova məxsus buğda sahəsində baş vermiş yanğın qısa müddətdə güclənib.

Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində alovun digər sahələrə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə nəticəsində Ş.Salmanova məxsus taxıl sahəsinin 2,5 hektarı yanıb.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600