!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ Bakı və İrəvana əlavə dəstək verməyə hazır olduğunu AÇIQLADI

!Reklam – Yazi

Ermənistan və Azərbaycanın kəskin ritorikadan və güc təhdidlərindən qaçaraq bütün həll edilməmiş məsələlər üzrə xoş niyyətlə danışıqlar aparması vacibdir.

Yenicag.az xəbər verir ki, bu barədə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə baş sözçüsü Anita Hiper bildirib.

Diplomat Aİ-nin regionda davamlı sülhə nail olmaq üçün tərəfləri dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib: “Aİ hər iki tərəflə fəal işini davam etdirir, o cümlədən nizamlanma prosesi ilə bağlı məsləhətləşmələr, eləcə də ikitərəfli əməkdaşlıq sahəsində ötən ilin müsbət inkişafları var. Biz tərəfləri dialoqu davam etdirməyə və onların narahatlıqlarını aradan qaldıracaq qarşılıqlı məqbul həllər tapmağa çağırırıq. Bu mesajı bu yaxınlarda Aİ-nin xüsusi nümayəndəsi Qrono Bakı və İrəvana səfərləri zamanı hər iki ölkənin rəhbərliyi ilə görüşləri zamanı təkrarlayıb.

Son illər Aİ hər iki tərəfə nizamlanma prosesində, o cümlədən köçkünlərlə bağlı problemlərin həllində dəstək verir. Biz bir daha tərəfləri bütün həlledici məsələlərlə bağlı xoş niyyətlə danışıqlara çağırırıq və bu məsələlərlə bağlı hər iki tərəflə dialoqumuzu davam etdirəcəyik.

Biz Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş bütün səyləri alqışlayırıq. Digər beynəlxalq səylərlə yanaşı, 2021-2023-cü illərdə “Brüssel Prosesi” hər iki tərəfin liderlərinə əsas məsələlər üzrə fəal müzakirələrdə iştirak etməyə imkan verib. Bu, hər iki tərəf tərəfindən yüksək qiymətləndirilən nizamlanma prosesinin irəliləməsi üçün struktur çərçivə və zəruri məkan təmin etdi.

Aİ gələcək ikitərəfli münasibətlərdə əldə edilən müsbət irəliləyişi alqışlayır və 2025-ci ilin bütün region əhalisinin rifahı üçün daha müsbət nəticələr verəcəyinə ümid edir. Aİ hər iki tərəfə əlavə dəstək verməyə hazırdır”./unikal

www.yenicag.az

77
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv