!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ bu avtomobillərin rüsumlarını 45 faizə qaldıracaq

!Reklam – Yazi

Avropa Komissiyasında Çin istehsalı olan elektrik avtomobillərinə rüsumların artırılmasına dair səsvermə keçirilib. Aİ-nin 27 dövlətindən 10-u lehinə, 5-i əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb. Bu nəticə tarifləri qaldırmaq üçün kifayətdir.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa rəsmilərinin sözlərinə görə, Pekinlə danışıqların davam etdiriləcəyinə baxmayaraq, yeni idxal tariflərinin noyabrın əvvəlindən beş il müddətinə tətbiq edilməsi gözlənilir. Bəzi avadanlıq növləri üzrə rüsumlar 45 faizə qaldırıla bilər.

Avropa Komissiyası Çində elektromobillərin istehsalı ilə bağlı bir ay davam edən araşdırmadan sonra rüsumları kəskin şəkildə artırmaq qərarına gəlib. Yoxlama müəyyən edib ki, istehsalçılar Aİ-yə ucuz qiymətlərlə elektriklə işləyən avtomobillər tədarük etməyə imkan verən geniş dövlət subsidiyaları alırlar.

Avropa Komissiyasının sədr müavini Marqaritis Sxinasın fikrincə, belə dempinq Avropanın elektromobil istehsalçıları üçün təhlükə yaradır.

COP29

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv