!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ liderləri Ukraynada TOPLANDI – Makron isə ABŞ-dən ƏLİBOŞ DÖNDÜ

!Reklam – Yazi

“Trampın məqsədi Ukraynanın yeraltı və yerüstü sərvətlərini ələ keçirməkdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Avropa liderlərinin Ukraynada toplanmasını və bu görüşdən çıxan nəticələri şərh edən deputat hesab edir ki, görüş qeyri effektiv alınıb:

“Ukrayna-Rusiya müharibəsinin gedişində ABŞ prezidenti Donald Trampın mövqeyi, yanaşması hadisələri radikal formada dəyişdirdi. Təbii olaraq, Aİ bu müharibənin Avropa qitəsində getdiyindən və Rusiyanın bu müharibədə tam qalib kimi çıxmasından narahatdırlar. İndiyə qədər Ukraynaya verilən həm maddi, həm mənəvi verilən dəstək fiaskoya uğramaqdadır”.

“Tramp Putinlə telefon danışığında və ondan sonra verdiyi bəyanatlarda açıq-aydın mövqeyini ortaya qoyub. Bu mövqe ABŞ tərəfindən Ukraynaya xərclənən pulların hesabatı, Ukraynanın yeraltı və yerüstü sərvətlərinin ABŞ-nin pay istəməsi, Ukrayna prezidentini “diktator” adlandırması və bu hadisələrin necə cərəyan edəcəyinin Avropanın maraqlı olduğunu bildirməsi Aİ və ümumiyyətlə, Qərbin təşvişinə səbəb olub”, – deyə o, əlavə edib.

Millət vəkili qeyd edib ki, Aİ liderlərinin bu görüşü Trampdan Ukrayna üçün güzəştlər əldə etmək olub:

“Bir qrup Avropa liderlərinin Kiyevə səfər etməsi paralel olaraq Makronun ABŞ-yə səfəri koordinasiya olunmuş məsələdir. Liderlər toplanıb müzakirə edərək həm Zelenskinin yanında olduqlarını bildirmələri, Makronu isə Trampla görüşə göndərməklə öz mövqelərini Trampa çatdırmasına, Trampın isə güzəştlərin qopardılmasına xidmət edir. Bu yaxınlarda həm Rusiya həm ABŞ prezidentinin dediyinə görə iki ölkə başçısının görüşü planlaşdırılır. Bu görüşdə bir çox məsələlər aydınlığa çıxacaq. Aİ təbii olaraq Ukrayna ilə bağlı məsələnin Zelenskisiz həll olunmasını istəmir. Onlar düşünürlər ki, bu danışıqlarda Zelenski də olmalıdır, amma onun qarşısına qoyulan tələblər konkret kapitulyasiya aktının imzalanması və özünün ölkənin sərvətlərinin de-fakto ABŞ-ə verməsi, bundan isə güc alan Rusiyanın gələcəkdə Avropa üçün də təhdid olacağı məsələsi Qərb dairələrini düşündürür”.

V. İskəndərov düşünür ki, burada əsas çıxarılan nəticə onu göstərir ki, hansı ölkədə lider zəifliyi varsa həmin ölkələrin yaşadıqlarını görürük:

“Hazırda Avropa liderlərinin belə çətin vəziyyətə düşməsinin səbəbkarları da özləridir. Qısacası, Ukraynanı müharibədən öncədən dəstəkləmələri, o ölkəni provokasiyaya çəkməkləri, Rusiya ilə bağlı olan siyasətdə Ukraynanı radikal addımlar atmağa sövq etmələri bugünkü ağır nəticəyə gətirib çıxardı və Avropanın mərkəzində böyük bir ölkə hamının gözü qarşısında parçalanmaqdadır. Təbii olaraq, indiki situasiyada düşünmürəm ki, Makron Amerikadan uğurla qayıdıb. Ona görə ki, görüşün gedişinə, Trampın Makronu qarşılamasından görüş anındakı bədən dilinə və danışılan, verilən bəyanatlara baxsaq, görərik ki, Makron istədiklərini ala bilməyib və ABŞ öz mövqeyində qətidir”.

Həmsöhbətimiz vurğulayıb ki, onlar Rusiya ilə münasibətlərini tənzimlənməyə çalışır, Rusiyanı yanına çəkmək və daha böyük hədəflərə Rusiya ilə birgə addımlamaq istəyir:

“Hansı ki, burda Çin faktorunu da unutmaq olmaz. Bütün bunlar çox geosiyasi bir böyük oyunun tərkib hissəsidir, amma ortada olan Ukrayna kimi bir dövlətin artıq əvvəlki sərhədlərində olmayacağı hamıya aydındır. Bu mənada, biz ABŞ və Rusiya görüşünü gözləməliyik. Bu görüşdən çıxacaq olan nəticələr bir çox mətləbləri aşkara çıxaracaq. Aİ və ittifaqın üzvü olmayan Böyük Britaniya Ukraynaya dəstək verməyə davam edəcəklərini, onların yanında olacaqlarını bildirirlər. Bütün bu məsələlərin hazırda belə qarışması, qəliz nöqtəyə gəlib çıxması göstərir ki, hələ bu müharibənin tamamlanması gözlənilmir. Doğrudur, müvəqqəti atəşkəs ola bilər, amma Zelenski də öz fikrində qətidir və parlamentin onu dəstəkləməsi ona əlavə güc verir. Bütün bu gərgin situasiyada ABŞ və Rusiyanın mövqeyi Ukraynanın da hansı nəticəyə gələcəyinə yaxın zamanda qismən də olsa, aydınlıq gələcək”.

Yenicag.az

www.yenicag.az

136
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv