Aİ-nin Ermənistandakı monitorinq missiyası Laçın dəhlizinə daxil olub?

media-hightechnic-468x90

“Aİ-nin Mülki Missiyası öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və Laçın dəhlizinə daxil olmayıb”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabında yazıb.

O bildirib ki, Aİ-nin Mülki Missiyasına məxsus patrulun Laçın dəhlizinə gedən yolu müşahidə etməsi ilə bağlı video yayılıb.

“Patrul həmin vaxt Azərbaycan-Ermənistan sərhədindən təxminən 1,2 km aralıda nəzarət-buraxılış məntəqəsində idi. Missiya öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və Laçın dəhlizinə daxil olmayıb”, – deyə Klaar qeyd edib./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05