Aİ-nin yeni texniki missiyası artıq Ermənistandadır

media-hightechnic-468x90

Aİ-nin yeni texniki missiyası artıq Ermənistandadır.

Bunu ölkənin İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Qeyd edək ki, dekabrın 19-da Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin Ermənistanda mümkün daha uzunmüddətli missiyasına yol açacaq “keçid qrupu” ilə Aİ-nin Cənubi Qafqazda iştirakının yeni mərhələsinin başlandığını elan edib. Onun sözlərinə görə, yeni missiyanın əsas məqsədi regionda davamlı sülhü təşviq etməkdir.

Xatırladaq ki, oktyabrın 20-də başlayan Aİ monitorinq missiyasının mandatı dekabrın 19-da başa çatıb./Oxu.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa