“Ən gözəl terrorçu” 21 il müddətinə azadlıqdan məhrum edildi

media-hightechnic-468x90

Moskva vilayətinin Vlasixa qəsəbəsində yerləşən Apellyasiya Hərbi Məhkəməsi terrorçuluğa yardım işi üzrə çıxarılan hökmü qanuni hesab edib. İş üzrə Belqorod vilayəti administrasiyasının sabiq əməkdaşı Viktoriya Şinkaruk məsuliyyətə cəlb olunub.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, məhkəmə Şinkarukun və onunla birgə ittiham olunan şəxsin apellyasiya şikayətlərini təmin etməyib. Bununla da hökm qanuni qüvvəyə minib.

Qeyd edək ki, Viktoriya Şinkaruk Rosfinmonitorinq tərəfindən ekstremistlər və terrorçular siyahısına daxil edilib. 2-ci Qərb Dairə Hərbi Məhkəməsinin qərarı ilə Şinkaruk yeddi maddə üzrə təqsirli bilinərək 21 il müddətinə azadlıqdan məhrum edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa