“Grab Star” satıldı, köhnə sahib şirkəti bağladı – İşçilər şikayətə başladı

media-hightechnic-468x90

Bakıda fəaliyyət göstərən məşhur mağazalar şəbəkəsi satılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, “MAPLE TRADING” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Grab Star” ərzaq və şirniyyat mağazalar şəbəkəsi yeni yaradılan “Grand Novatra” MMC-yə keçib.

“MAPLE TRADING” MMC-nin qanuni təmsilçisi iş adamı Məmmədov Anar Zakir oğludur. O, mağazalar şəbəkəsini satdıqdan sonra şirkətini də bağlayıb.

Məlumata əsasən, Anar Məmmədovun şirkəti bağlamasından sonra xeyli sayda işçi onun qanunsuz əməlləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib.

Qeyd edək ki, 25 avqust 2025-ci il tarixində dövlət qeydiyyatına alınan “Grand Novatra” MMC ləğv edilmiş “MAPLE TRADING” MMC ilə eyni ünvanda – AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 191, mənzil 26-da yerləşir.

Yeni yaradılan “Grand Novatra” MMC-nin qanuni təmsilçisi Qürbət Əliyev Əlimeyran oğludur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa