Aİ Rusiya aktivlərinin müsadirə edilməsində “yerində sayır”

media-hightechnic-468x90

Avropa İttifaqı ölkələri ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı təklifləri fonunda Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini fəal şəkildə müzakirə edirlər, lakin hələlik heç bir irəliləyiş əldə olunmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bəzi Avropa diplomatları ümid edirlər ki, ABŞ Prezidenti Donald Trampın təzyiqi Belçikanı və Rusiyanın aktivlərinin müsadirəsinə qarşı çıxan digər Aİ ölkələrini mövqelərini dəyişməyə məcbur edəcək. Bundan əlavə, dondurulmuş aktivlərin Aİ-nin birgə istiqrazları və ya ölkələrin birbaşa ödənişləri vasitəsilə istifadəsi variantı da müzakirə olunur.

Digər tərəfdən, bəzi diplomatlar hesab edirlər ki, Ukraynaya veriləcək “reparasiya krediti” konsepsiyası yekun planın tərkibində Rusiya vəsaitlərinin istifadəsinə istinad olunsa, “çökə” bilər. Avropalılar həmçinin ABŞ-nin, onların fikrincə, “rüsvayçı” təklifinə qarşı çıxıblar. Bu təklif guya Rusiyanın vəsaitlərinin Ukrayna iqtisadiyyatına yatırılmasını, əldə olunan gəlirin isə yarısının ABŞ büdcəsinə yönəldilməsini nəzərdə tuturdu.

Aİ ölkələri həmçinin narahatdırlar ki, Ukrayna böhranının həlli ilə bağlı razılaşma əldə olunacağı və Rusiyaya qarşı sanksiyalar götürüləcəyi halda, Rusiyanın böyük həcmdə dondurulmuş aktivlərinin saxlandığı Belçikadakı “Euroclear” depozitariyası onları geri qaytarmağa məcbur olacaq. Bu isə Avropa vergi ödəyicilərinin üzərinə əlavə maliyyə yükü qoya bilər.

Avropa İttifaqı ölkələri dondurulmuş Rusiya aktivlərindən istifadə üçün hüquqi mexanizmlər hazırlamağa çalışırlar. Onların böyük hissəsi – 200 milyard avrodan bir qədər çox – Belçikadakı “Euroclear” platformasında bloklanıb. Depozitariya dəfələrlə bu aktivlərin müsadirəsinə qarşı çıxıb və xəbərdarlıq edib ki, bu addım Rusiyanın digər bölgələrdə Avropa və ya Belçika aktivlərini məhkəmə qaydasında müsadirə etməsinə səbəb ola bilər.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa ölkələri Rusiyanın aktivlərini müsadirə edəcəkləri halda Moskva mütləq cavab verəcək. Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Avropa İttifaqı ölkələri dondurulmuş Rusiya aktivlərindən Ukraynaya “reparasiya krediti” vermək üçün istifadə edərsə, Rusiyanın cavabı çox sərt və ağrılı olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa