!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ Rusiyaya qarşı sanksiyalarının müddətini uzatdı

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iyulun 31-də müddəti başa çatan iqtisadi sanksiyalarını rəsmən daha 6 ay uzadıb.

Yenciag.az xəbər verir ki, Avropa İttifaqı Şurasının iyunun 4-də verilən açıqlamasında Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə qarşı sanksiyaları 2020-ci il 31 yanvar tarixinədək uzatdıqları bildirilir.

Sənəddə bu qərarın 20-21 iyun tarixlərində Aİ sammitində sanksiyaların bağlı olduğu Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmalarının həyata keçirilməsinə dair aparılan müzakirələrdən sonra verildiyi qeyd olunur.

Qeyd edək ki, 2014-cü ildə Avropa İttifaqı Ukraynanın şərqindəki hərbi münaqişə və Krım yarımadasının ilhaqı bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edərək sonradan onların müddətini uzadıb, əhatəsini isə genişləndirib./Report/

www.yenicag.az

2125
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv