Aİ Şurası Ukraynaya 4,2 milyard avroluq yardımın ayrılmasını təsdiqlədi

media-hightechnic-468x90

Avropa İttifaqının (Aİ) Şurası Ukraynaya 4,2 milyard avroluq yardımın ayrılmasını təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna KİV Aİ Şurasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, “Ukraine Facility” proqramı çərçivəsində ayrılacaq yardım Ukraynanın makromaliyyə sabitliyinə dəstək və büdcə xərclərini qarşılamaq üçün istifadə olunacaq.

Xatırladaq ki, avqustun 5-də Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dən 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb. Bildirilib ki, bütünlükdə bu il Ukrayna ABŞ-dən 7,8 milyard dollarlıq birbaşa büdcə dəstəyi alacaq.Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, vəsait müəllimlər, fövqəladə hallar xidmətlərinin işçiləri və dövlət işçilərinin əməkhaqlarının, eləcə də, prioritet sosial xərclərin ödənilməsinə yönəldiləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600