Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

media-hightechnic-468x90

Sosial şəbəkələrdə Bakıda beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun müalicə aldığı müəssisədən qaçdığına dair məlumatlar paylaşılıb.

media-banner_tkm

Paylaşılan səs yazısında bir qadın iddia edib ki, guya Əhməd Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin şəxs ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu məlumatlar ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Baku TV-yə bildirilib ki, sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır.

Xatırladaq ki, Əhməd Əhmədov 2024-cü il fevralın 13-də Xətai rayonunda beş ailə üzvünü qətlə yetirib. Məhkəmənin qərarı ilə o, xüsusi tipli psixiatriya müəssisəsinə yerləşdirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05