!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akademiyanın prezidentindən "ədəbi səhv" - Şəhriyarla Xəlil Rzanı qarışdırdı

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasimi keçirilir.

Yenicag.az bildirir ki, alimlə vidalaşanlar arasında dövlət rəsmiləri ilə yanaşı ziyalılar, ictimaiyyət nümayəndələri var.

Lütfi Zadə barəsində çıxış edənlər onun fəaliyyəti, dünya elminə verdiyi töhfələr barədə danışıblar. Növbəti natiqlərdən biri olan AMEA-nın prezidenti Akif Əlizadə isə çıxışını belə yekunlaşdırıb: “Çox istərdim ki, sonda Xəlil Rza Ulutürkün şeirindən bir bənd deyim:

Bir insan köçürsə dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir”.

Görünür, böyük alimin ölümü AMEA-nın prezidentini çox sarsıdıb. Belə olmasaydı, görkəmli akademik “ədəbi səhvə” yol verməzdi. Çünki onun söylədiyi şeir Xəlil Rza Ulutürkün deyil, Məmmədhüseyn Şəhriyarın qələminin məhsuludur.

COP29

www.yenicag.az

2916
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv