Xalq artisti, sevilən sənətkar Akif İslamzadənin doğum günüdür.
71 yaşını tamamlayan xalq artisti Yenicag.az-a açıqlamasında doğum gününü adi günlərdən biri kimi qəbul etdiyini bildirib:
“Hər zaman doğum günlərimi adi günlərdən biri kimi yaşayıram. Çünki təmtəraq, dəbdəbə mənlik deyil, heç sevmirəm. Bu gün də mənim üçün adi günlərdən biridir. Sadəcə bir fərq var ki, həddən artıq çox insanlar mənə zəng vurur, təbrik edir. Bəzən yoruluram, danışmaq istəmirəm. Çünki yanımda da çox adam olur. Bu gün hava da fərqlidir, yağış yağır, bu da ruzi deməkdir. Qaldı ki, rəqəmlərə, mənim üçün heç bir əhəmiyyəti yoxdur”.
Cəvahir
www.yenicag.az